Çin iki naviqasiya peykini orbitə çıxarıb

Çinin milli naviqasiya sisteminin növbəti iki “BeiDou-3” peyki orbitə çıxarılıb. SİA xəbər verir ki, peyklər Siçanq kosmik mərkəzindən sentyabrın 23-də yerli vaxtla səhər 05:10-da “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Bunlar “BeiDou” naviqasiya sisteminin 47-ci və 48-ci peyklərdir.

Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir. Orbitdə “Beidou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...