Küləyə görə 500-dən çox neftçi təxliyə edildi

Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. SOCAR-dan SİA-ya verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb.

Bundan başqa tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb. Məlumatda deyilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır:

“Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-də səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...