Bakıda küləyin sürəti saniyədə 20 metrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya bildirilib ki, Milli Hidrometeorologiya Departamentinin saat 12.00-a olan məlumatına görə, simal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə