YAP Quba rayon təşkilatında tədbir keçirilib - FOTO

Bu gün Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında rayon ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətindən danışaraq, bu müqavilənin Azərbaycan iqtisadiyyatına və xalqın rifahına xidmət etdiyini qeyd edib.

Y.Abidov bildirib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail olmuşdur. Azərabaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi və nüfuzunun möhkəmlənməsində mühüm əhəmiyyəti olan bu müqavilənin XX əsrin son 10 illiyinin ən möhtəşəm layihəsi olduğunu diqqətə çatdırıb.

Rayon ilk partiya təşkilatları ilə görüşdə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində, Azərbaycanın ötən illər ərzində, böyük inkişaf yolu keçdiyini diqqətə çatdırdı.

Tədbirdə rayon təşkilatı sədri ilk partiya təşkilatları sədrləri qarşısında duran vəzifələrdən bəhs edib. Qeyd edib ki, məlum olduğu kimi, dekabr ayında olkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malik Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşır. Azərbaycanda seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Həmişə olduğu kimi, YAP bu seçkilərdə də çox fəal təbliğat-təşviqat kampaniyası həyata keçirməyə hazırlaşır".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...