"Xəzər Dostluq, İnkişaf və Sülh rəmzidir"

Bu mövzuda YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyinə həsr edilmiş "Xəzər Dostluq, İnkişaf və Sülh rəmzidir" adlı tədib keçirilib. Tədbir Dənizkənari Bulvar İdarəsinin dəniz gəzintisi üçün nəzərdə tutulmuş "Mirvari" gəmisində təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru sayılan "Əsrin müqaviləsi"nin imzalanması müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı: "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin və iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi" Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi".

Rayon təşkilatı sədri bildirdi ki, bu müqavilənin bağlanılması ilə Ulu Öndər Heydər Əliyev bir daha Özünün uzaqgörən və müdrik siyasətçi olduğunu dünyaya göstərdi: "Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi".

M.İbrahimqızı onu da bildirib ki, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyevin qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Prezident Cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neft və qaz yataqlarının işlənməsi " kafedrasının müdiri, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Tulparxan Salavatov neft müqviləsinin bağlanılmasının tarixi əhəmiyyətindən danışarq,

mərhələ-mərhələ çox ciddi layihələrin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, "Əsrin müqaviləsi"nin imzalanması və uğurla həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatı inkişafa başladı və məhz bugünkü bu yüksəliş, bu inkişaf Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...