Fuad Qəhrəmanlının bu vəhşiliyi bütün cəbhəçilərin simasını göstərdi

YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov: "Fuad Qəhrəmanlının mənəviyyatsızlığı timsalında AXCP-nin hansı xislətə malik olan insanlardan təşkil olunduğunun bir daha şahidi olduq"

Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişib. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və fəaliyyətləri genişlənib. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə və idmanda geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Lakin bütün bunların fonunda biz təssüflə qeyd etməliyik ki, son 2 gün ərzində ölkə ictimaiyyətinin diqqətini çəkən ən acınacaqlı hal müxalifət partiyası sədrinin müavinin öz yeniyetmə qızına və həyat yoldaşına qarşı etdiyi vəhşilik sanki bir azərbaycanlı kişisinin davranışı deyil, mənfur düşmənimiz olan ermənilərə xas bir xüsusiyyətdir. Ən böyük problem isə bu şiddətin onun tərəfdaşları tərəfindən ört-basdır edilməsidir. Bəli, söhbət qadına qarşı şiddətdən gedir. Hansı ki, dünyada hər 3 qadından biri şiddətə, hər 5-dən 1-i təcavüzə məruz qalır, ya da təcavüzdən son anda qurtulur. Belə bir məqamda isə Fuad Qəhrəmanlı kimi bir məxluq həyat yoldaşının barmaqlarını, qızının dizini sındırır. Halbuki özü bütün günü sosial şəbəkələrdə qadına qarşı şiddətə bağırır, qadın hüquqlarının qorunmasından danışır, özünə gəlincə isə tamam bunun əksini nümayiş etdirir və öz ailəsinə təcavüz edir. Təbii ki bu gün öz ailəsinə qarşı bu hərəkəti edən, sabah Azərbaycan qadınını düşünmədən hər bir zülmə düçar edə bilər.

Bir neçə ay öncə həmin bu “qəhrəman” ata Fuad Qəhrəmanlı məktəbli qızı ilə bir gəncin dialoqunu gah YAP hakimiyyətini, gah da prezidenti bu məsələdə qaralayaraq, sifariş adlandırırdı. Yaxşı bəs niyə dünəndən bəri Fuadın qoruyucu atası Əli Kərimli, mat Terezası Sevinc Osmanqızı bu məsələ ilə bağlı öz münasibətlərini bildirmiyib, hətta ağızlarına su alıb oturublar. Halbuki onlar kiminsə ailə - məişət problemini özləri üçün əməlli başdı manşet edib hər gün canlı yayımlarda mövzu kimi istifadə edirdilər. Indi biz xahiş edirik ki, bu cür zorakılığa, qadına edilən vəhşiliyə susmayaq, Selcan üçün çağırışlar edək və Fuad Qəhrəmanlının həbsini tələb edək. Çünki bu təkcə ailə münaqişəsi deyil, Azərbaycan qadınına edilən vəhşilikdir. Bu vəhşiliyin bir tərəfi də siyasi xarakter daşıyır. Fuad Qəhrəmanlının bu vəhşiliyi, zorakılığı Əli Kərimlinin, bütün cəbhəçilərin simasını göstərdi, onların nəyə qadir olduğunu, hansı xislətə malik olduqlarını, öz mənəviyyatlarının necə təcavüzə məruz qaldığını bir daha sübut etmiş oldu. Ən dəhşətlisi isə odur ki, Əli Kərimli, İlham Hüseyn və digər cəbhəçilər bu məsələni ört – basdır etmək üçün əllərindən gələni edirlər. Gah dedilər Selcanın facebook səhifəsi oğurlanıb, gah dedilər bu sifarişli hadisədir. Diqqət edin, bu adamlar ( cəbhəçilər ) o qədər azğınlaşıb ki, partiyanın nüfuzuna xələl gətirməmək üçün , əslində isə öz simalarını gizlətmək üçün bir qızcığıza edilən zorakılığa göz yumdular, Selcanın yanında olan insanlara qarşı təhqir, söyüş kampaniyasına start verərək troll damğasını vurdular. İndi sual ortaya çıxır – siyasi məhbus adı altında kampaniyalarda aktiv iştirak edən “ hüquq müdafiəçiləri “ niyə bu məsələ barədə bir kəlmə belə fikir vermədilər? Niyə bu məktəbliyə biganədirlər? Bəlkə onlara Əli Kərimli icazə vermir? Burdan belə qənaətə gəlmək olar ki, Əli Kərimli və cəbhəçi trolları Selcan yox, öz çirkin əməlləri maraqlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...