Əfqanıstanda güclü partlayış olub: 7 ölü, 85 yaralı

Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib. SİA-nın verdiyi məlumata görə, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Təşkilatının binası yaxınlığında avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb.

Partlayıcı qurğunun kimin tərəfindən yerləşdirildiyi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə