Məktəblərdə yanğın təhlükəsizliyi qaydalarına dair məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru Bakıdakı “Paradise” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qazax Olimpiya İdman Kompleksində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi İdarəsində, Biləsuvar rayon 45 saylı Yol İstismar İdarəsi və Sabirabad rayon Şahsalahlı kənd tam orta məktəbdə, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı rayon Aznov kənd tam orta məktəbdə, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Abşeron rayon Digah kənd tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz şəhər Layihə Tədqiqat İdarəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən SİA-ya bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.

İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə