Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənova təlimlərin gedişi barədə qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən məruzələr edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlənildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...