Nəsimi rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib. SİA-nın verdiyi məlumata görə, Rəşid Məmmədov küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən Arif Alıyev, Siyavuş Kərəmov, Tamella İsmayılova, Aydın Bünyadov və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın və kanalizasiya xəttinin təmiri, istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin işıqlandırılması, təmirli binalarda paltarların qurudulması üçün konstruksiyaların quraşdırılması barədə müraciətlər edib, təkliflər irəli sürüblər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunub.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...