DSX-nın Akademiyasında təntənəli mərasimlər keçirilib FOTO

2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və Akademiyasında təntənəli mərasimlər keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkindən SİA-ya verilən məlumata görə, Dövlət Himninin ifası ilə başlanan tədbirlərdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov yeni tədris ilinin başlanılması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhəd-lərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti-qamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strate-giyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükə-sizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu, o cümlədən peşəkar sərhədçi kadrların hazırlanması üçün 11 illik mükəmməl hərbi təhsil sisteminin yaradıldığı qeyd edilib.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Res-publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasının qısa müddət ərzində inkişaf edərək təkcə ölkəmizin deyil, bütün regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qürurla vurğulanıb.

Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradıl-masında, formalaşdırılmasında və zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilib. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin çox böyük nüfuz qazanması, Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alınaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni korpusunun inşa edilməsi, 2018-ci ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən həmin korpusun açılışının edilməsi, bununla da kursantların sayının 3 dəfəyədək artırılması imkanının yaranması qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar üçün yaradılmış təhsil və yaşayış şəraiti ilə yaxından tanış olan valideynlər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik ediblər.

17 sentyabr 2019-cu il tarixdə DSX-nın Akademiyasında yeni inşa edilmiş tədris korpusu da istifadəyə verilmişdir. Yeni tədris korpusunda yüksək səviyyəli hərbi təhsilin verilməsi, nəzəri biliklərin və praktiki vərdişlərin kursantlar tərəfindən mənimsənilməsi üçün ən müasir avadanlıqla təchiz edilmiş dənizçilik, sərhəd təhlükəsizliyi və aviasiya kafedraları, topoqrafiya, atəş hazırlığı, hərbi mühəndis hazırlığı, rabitə hazırlığı sinifləri, rahat kazarma otaqları, 440 nəfərlik akt zalı, 270 nəfərlik mühazirə zalı və kitabxana, həmçinin kursantların idman saatlarında məşğul olmaları üçün müasir standartlara cavab verən idman zalı, zəruri avadanlıqla təchiz edilmiş digər xidməti otaqlar istifadəyə verilib.

Tədbirlər kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə