"Azərbaycan KTMT-yə hər hansı bir status üçün müraciət etməyib"

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin imzalanmasına dair keçirilən seminarda deyib.

H.Hacıyev vurğuluyıb: “Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...