"Arif Məmmədovla bağlı çoxdan şübhələrim var idi" - Bülent Gürcam

Belçika Azərbaycan Evinin rəhbəri Bülent Gürcam eks diplomat Arif Məmmədovla bağlı çox ciddi ittihamlar irəli sürüb. Jurnalist Oktay Hacımusalı ilə canlı yayıma qatılan diaspor fəalı bildirib ki, Belçikadakı səfirlikdə fəaliyyəti zamanı A.Məmmədovun hərəkətlərində hər zaman şübhəli məqamlar onun diqqətini çəkib.

Dəfələrlə eks diplomatın Belçikadakı rus diplomatları ilə gizli görüşlərə getdiyini, malikanələrdə keçirilən gizli gorüşlərin əslində A.Məmmədovun gerçək kimliyindən xəbər verdiyini bildirib. Eks diplomatın o dönəmlərdə ciddi şəkildə maskalandığını sözlərinə əlavə edən Bülent Gürcam sovet dövründə Ali Diplomatiya Məktəbində təhsil almış bu şəxslə bərabər digər bir diplomatın da Belçikadakı səfirliyində çalışdığını və bu şəxslərin öz aralarında daha əvvəl Efiopiyada çalışarkən öyrəndikleri həbəşcə danışdıqlarını və buna görə onlara dəfələrlə irad tutduqlarını vurğulayıb.

Bundan başqa Bülent Gürcam eks-səfir Arif Məmmədovun diplomatlara yaraşmayan bu hərəkətlərini eşidəndə heç də təəccüblənmədiyini, sadəcə təəssüf hissi keçirdiyini bildirib. Bu cür insanların əslində radikal müxalifəti dəstəkləməsinin arxasında dayanan mətləblərə aydınlıq gətirib. Arif Məmmədovun arxasında dayanan qüvvələrin əslində Azərbaycanda xaos və anarxiya yaratmaq istəyinin olduğuna diqqət çəkən Bülent Gürcam eks-diplomatın bunun üçün xaricdəki antimilli qüvvələrdən dəstək aldığını sözlərinə əlavə edib: "Brüssel olduqca bahalı bir şəhərdir. Bu cür bahalı şəhərdə mənə maraqlıdır ki, Arif Məmmədov necə və kimin hesabına yaşayır? Bu cür siyasət dəllallarının öz əməllərini həyata keçirmək üçün Azərbaycan xalqının adından istifadə etmələri qədər iyrənc bir şey ola bilməz. Bu adam Qarabağla bağlı bir dəfə də olsun mitinqdə iştirak etməsə də, hər dəfə Azərbaycan iqtidarının əleyhinə müxtəlif iddialar səsləndirir. İndi də durub radikal müxalifətə dəstək verir. Bu açıqlamanı vermək üçün gərək insan reallıq hissini itirsin ya da kimlərinsə əlində oyuncağa çevrilsin. Məncə, Arif Məmmədov bu dəqiqə radikal müxalifəti düşünmür, onu əsas düşündürən daha çox mənfəət əldə etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...