AMEA-nın 2 institut və 2 muzeyinə yenidən direktorlar seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin (HEB) iki institut və iki muzeyinə direktorlar yenidən seçilib. SİA-nın məlumatına görə, bölmənin ümumi yığıncağında direktorların seçilməsi üçün gizli səsvermə yolu ilə seçkilər keçirilib.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.

Seçilən direktorlar AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...