Boşanma halları daha çox hansı şəhərlərdə qeydə alınıb?

Bu il Azərbaycanda nikah və boşanma hallarının daha çox qeydə alındığı rayon və şəhərlərin adları açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Bu dövr ərzində daha çox nikaha daxil olma Bakı (6910), Sumqayıt (1 040), Gəncə (825) şəhərlərində və Ağdam (679), Şəmkir (674) rayonlarında, boşanma isə Bakı (2508), Sumqayıt (370), Gəncə (358) şəhərlərində və Ağdam (210), Masallı (176) rayonlarında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə