Milli Məclisdə Sverdlovsk vilayəti nümayəndəsi ilə görüş olub

Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmıla Babuşkinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, Milli Məclisin Sədri Azərbaycanın Rusiya ilə əlaqələrin dərinləşməsinə böyük önəm verdiyini söyləyib. O, qarşılıqlı əməkdaşlıq istiqamətində ötən dövr ərzində xeyli işlər görüldüyünü bildirib. Vurğulayıb ki, ölkələr arasında iqtisadi, mədəni, elm, təhsil, sosial və müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələri inkişaf edir.

Lyudmıla Babuşkina Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin Azərbaycan parlamenti ilə əməkdaşlığından danışıb. Qonaq Rusiya-Azərbaycan münasibətlərinin artan templə davam etdiyini deyib.

Söhbət tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə