Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Özbəkistanın Türkdilli Ölkələrin Parlament Assambleyasına daxil olması ilə bağlı qərar verildiyini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, bu günə qədər TÜRKPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxil idi.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası parlamentləri başçıları ilə imzalanan Razılaşmaya müvafiq olaraq, 2008-ci il noyabr ayının 21-də İstanbulda təsis olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə