Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əməliyyat zamanı iki PKK terrorçusu saxlanılıb. SİA-nın məlumatına görə, saxlanan şəxslər bəzi rayonlarda terror aktları həyata keçirməyi planlaşdırırdı.

Aparılan sorğu-sual zamanı məlum olub ki, onlar İraqın şimalında PKK düşərgələrində təlim keçib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə