Daxili işlər nazirindən yeni təyinat

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, A.Xəlilov Masallı rayonunun Qızılavar kəndində anadan olub. O, bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

SİA-nın məlumatına görə, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri mətbuata təsdiqləyib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə