“TurAz Qartalı - 2019” təlimlərində növbəti uçuşlar icra olunub

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq növbəti uçuşlar yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Azərbaycanın və Türkiyənin 30-dək hərbi aviasiya vasitəsinin cəlb olunduğu təlimlər sentyabrın 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə