İnternet trolları kölə xislətlərindən əl çəkmir

Anti-Azərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgənin əsas ideoloqları AXCP sədri Əli Kərimli, Müsavat başqanı Afid Hacılı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və digərləri, davamlı olaraq, ifşa olunmalarına baxmayaraq, hələ də öz iyrənc əmələrindən əl çəkmirlər. Əksinə, demək olar ki, hər zaman müxtəlif şoularlarla ənənəvi amplualarında olduqlarını nümayiş etdirirlər. Bəzən “mühacir" biznes şəbəkələrini genişləndirmək üçün sosial şəbəkələrdə çağırışlar da edirlər. Bu isə, onu deməyə əsas verir ki, müxalifətin əsas gəlir mənbəyi saxta partiya vəsiqələri sayəsində Avropanın bəzi ölkələrində milli və dövlətçilik maraqlarımıza qarşı şər və böhtan kampaniyası aparan Qurban Məmmədov, Orduxan Teymurxan, Tural Sadıqlı, Azər Kazımzadə, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimilər də, məhz dağıdıcı müxalif başbilənlərinin istək və tələblərini yerinə yetirən mühacir işbazlardandırlar. Bu işbazlar məkrli qüvvələin və ermənipərəst şəbəkələrin dilənçi payı ilə ölkəmizə qarşı şər-böhtan və qarayaxma kampaniyası aparırlar. Milli mənlik şüurundan, vətəndaşlıq qürurundan, döğulub boya-başa çatdıqları Vətəninə məhəbbət hissindən uzaq olan orduxanlar, isgəndərlilər, sadıqlılar, məmmədovlar və digərləri satqın fəaliyyətləri ilə kölə olduqlarını nümayiş etdirirlər.

Müxalifətin səhv siyasəti cəmiyyətdə onlara qarşı nifrət hissini gücəndirir

Yuxarıda qeyd etdiyim kimi, müxalifət liderlərinin ölkəmizin milli və dövlətçilik maraqlarını maddi maraq qarşılığında satmaları cəmiyyətə bəlli olan fakt olsa da, onlar bunun fərqinə varmaq istəmirlər. İyrənc fəaliyyətlərini saxta partia vəsiqələri satmaqla yanaşı, xaricdən verilən sifarişə əsasən, “siyasi məhbus" siyahıları satmaqlada genişləndirirlər. Amma bəzən, onların planları iflasa uğrayır. Yəni bu istiqamətdə, özlərini “hüquq müdafiəçisi” kimi təqdim edənlər olduqlarından, arada ziddiyyətlər yaranır. Sonrakı mərhələdə isə, bu zidiyyətlər kəskin qarşıdurmalara gətirib çıxarır. Misal üçün, AXCP sədri Ə.Kərimli “siyasi məhbus" siyahısı hazırlayıb, sosial şəbəkələrdə paylaşdıqdan az sonra qondarma “hüquq müdafiəçisi” Xədicə İsmayıl “siyahıya” öz etirazını bildirən açıqlamalarla çıxış etdi. X.İsmayıl iddia etmişdi ki, Ə.Kərimli həmin "siyahıya" aidiyyatı olmayan şəxslərin ad və soyadlarını əlavə edərək, onların ailələrindən müəyyən məblğədə pul alıb. X.İsmayıl Ə.Kərimlinin, siyasi partiya sədri olaraq, bu kimi məsələlərə qarışmasının yolverilməz olduğunu müəyyən təşkilatlara çatdırıb. Ə.Kərimlinin ətarfında olan trollar X.İsmayıla öz yerini göstərmək üçün kampaniyaya başlamaqla, aralarındakı qarşıdurmanı daha da kəskinləşdirmişdirlər. Qarşıdurmaya qoşulan Sevinc Osmanqızı ad və soyadlı Qərbin əlaltısı hər vəchlə Ə.Kərimlini haqlı çıxarmağa və X.İsmayılı qaraniyyətli və boşboğaz adlandırmağa çalışdı. Ancaq X.İsmayıl geri çəkilən məxluqlardan olmadığını gösrərmək üçün Ə.Kərimliyə və S.Osmanqızına qarşı əks-hücuma başladı. X.İsmayılın iddiasına görə, S.Osmanqızı Ə.Kərimlinin böhtan kampaniyasının əsas icraçılarındandır və Osmanqızının maliyyələşdirlməsində Rəsul Quliyevin də rolu var. İttihamlara cavab verməkdənsə, S.Osmanqızı onun barəsində üzə çıxan faktlara qarşı arqument qoya bilmədiyi üçün, sadəcə, X.İsamayılı xəstə adlandırıb.

Əli Kərimli doymuş məhlula çevrilib

25 ildən artıqdır ki, siyasətdə olan, ancaq irəliyə doğru addım ata bilməyən müxalifət səhvlərini düzəlməyə calışmır. Bu isə, onların sağlam siyasətə meyilli olmadıqlarını göstərir. Sübut edilən faktlar ondan ibarətdir ki, Müsavat başqanı A.Hacılının və AXCP sədri Ə. Kərimlinin fəaliyyələri ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Dəfələrlə, xüsuilə də, 2016-cı il aprel zəfəri zamanı müxalifət liderləri daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlarla çıxış ediblər.. Əsas məqsəd ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da, dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir. Bununla yanaşı, AXCP sədri Ə. Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar edir, daxildə vəziyyəti gərginləşdirməklə, məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə və sülh yolu ilə həllinə zərbə vurmağa çalışır. Belə bir mühüm dönüş nöqtəsində, müharibə tələbi ilə çıxış etməsi Ə.Kərimlinin qaniçən cani olduğunu göstərir. Artıq Ə. Kərimlinin milli və dövlətçilik maraqlarına zidd, ermənipərəst fəaliyyətinə son qoyulmalıdır. Cəzasızlıq isə, onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur. İctimai çağırışa müvafiq olaraq, Ə.Kərimli məsuliyyətə çəlb olunub, layiq olduğu cəzanı almalıdır. Ona cərimə tətbiq etmək hümanistliyin nümunəsidir. Ə.Kərimli kimilər isə, bu hümanistliyin mahiyyətini dərk edə bilməzlər. Onlara zopa lazımdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...