Ağsuda zəlzələdən zərər çəkən evlərə qaz çəkilir

Avqustun 23-də səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq. “Azəriqaz” İB-dən SİA-ya bildirilib ki, bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...