Ermənistanın Çinə meyllənməsi Türkiyə-Rusiya qarşıdurması yaratmaq gücündədir

"Ermənistanın Çinə meyillənməsi onun konfliktogenliyindən doğan məsələdir. Ermənistan həmişə iri geosiyasi qütbləri qarşı-qarşıya qoymaqla divident qazanmağa meyllidir. Bəzən bunun faydasını da görüb; SSRİ-nin dağılmasında iştirak edən ermənilər uzun müddətdir ABŞ-dan çox asan qaydada maliyyə dəstəyi ala bilirlər. Çox zaman siyasi dəstək də alıblar". SİA-nın verdiyi məlumata görə, bunu politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Çinin sürətlə irəliləməsi Ermənistanın konfliktogenlik potensialını oyatmalı idi: "Ermənistan Çinə, yoxsa Çin Ermənistana ilk müraciət eməsini araşdırmağa iddialı deyilik. Fakt odur ki, Çinin Ermənistanda iştirakı xeyli güclüdür, hətta son dövrlərdə bu iştirakda keyfiyyət dəyişikliyi var. Əgər əvvəllər Çinin Ermənistana dəstəyi Asiya İnkişaf Bankı vasitəsilə asan kreditlər verdirməkdən, müəyyən müəssisələr açmağa investisiya qoymaqdan, təcili tibbi yardım maşınları üçün pul ayırmaqdan ibarət idisə, indi artıq Çin Ermənistanın hərbi sahəsinə investisiya qoyur. Çin üçün kiçik olan rəqəm, Ermənistan miqyasında böyük rəqəmdir. Ermənistan ordusunda, o cümlədən Dağlıq Qarabağda qida təchizatının yaxşılaşdırılması, əsgərlərin qidalanmasının McDonalds sisteminə keçməsi Çinin hədiyyəsidir. Çin bəzi hərbi texniki cihazlar, qurğular da Ermənistana verib. Son dövrlər Çinin səfirinin Ermənistanın müdafiə naziri D.Tonoyanla qısa müddət ərzində 2 görüşü və Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri A.Vanetsyanla uzun müddətli söhbəti bunun göstəriciləridir.

Çin iqtisadi amilləri nəzərə almır. İqtisadi amilləri nəzərə alsaydı, “Nairit” zavodunda Çin investorlarını çox biabırçı vəziyyətdə təhqir etməsindən müəyyən nəticə çıxarardı. Çünki Ermənistana maraqları geosiyasidir, anti-Türkiyə xarakterlidir və Ermənistan da bunu böyük məmnuniyyətlə qəbul edir. Uyğur məsələsi Çinin böyük xoflarından biridir və Türkiyənin də bu məsələdəki mövqeyini Çin çox yaxşı bilir. Türkiyə indi Çinin özündə uyğur məsələsində dəyişiklik yarada bilmirsə, Türkiyənin bu məsələni unutması anlamında deyil.

Türkiyə Çinin Ermənistanda artan iştirakına dözməyəcək; hərbi əməliyyatlara qədər gedə bilər. Türkiyənin Ermənistan istiqamətində apardığı hərbi əməliyyatlar Ermənistan dövlətinin atributu ilə yanaşı bütövlükdə dövlətçiliyin daşıyıcılarını məhv edə bilər. Rusiyanın bu halda müqavimət göstərməsi şəksizdir. Çünki Rusiya ilə Ermənistan arasında strateji təhlükəsizlik barədə müqavilə var. Amma o da nəzərə alınmalıdır ki, Türkiyə Suriya ərazisində ABŞ, İran və Rusiya kimi rəqibləri olduğu halda hərbi əməliyyatlardan çəkinmir və apardığı hərbi əməliyyatların böyük əksəriyyəti də uğurlu olub. Bundan sonra o əməliyyatlarını genişləndirəcək. Ona görə Ermənistanda Rusiyanın iştirakı Türkiyənin qarşısını ala bilməyəcək.

Rusiyanın Təhlükəsizlik Şurasının katibi N.Patruşevin Yerevana səfəri zamanı müzakirə olunan məsələlərdən biri də bu olub və

N.Paşinyanın Mqer Saakyan adlı köməkçisini azad etməsi da Rusiyanın narahatlığının nəticəsi kimi dəyərləndirilməlidir. Mqer Saakyan uzun müddət Çində erməni icmasına rəhbərlik edib və Çinin Ermənistanda iştirakının əsas artan kanalı da o, imiş. Ona görə də N.Paşinyan onu təcili vəzifədən uzaqlaşdırdı".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...