"Mərhəmət və Xeyriyyəçilik həftəsi"

Bu mövzuda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən tədbir keçiriləcək

Heydər Əliyev Fondunun Prezidenti, respublikamızın Birinci vitse-prezidenti Möhtərəm Mehriban xanım Əliyeva çağdaş müstəqil ölkəmizdə xeyriyyəçilik və mərhəmət hərəkatının banisidir. Bunun nəticəsində uzun illərdir ki, milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələrə görə, O və rəhbərlik etdiyi fond xeyriyyəçilik və mərhəmət ünvanı kimi tanınır və ildən-ilə sərhədləri bilinməyən, ölkəmizin hüdudlarından çox uzaqlarda yaşayan və ehtiyacı olan insanların ümid yerinə çevrilmişdir. Bu nəcib missiyaya ölkəmizdə qoşulmağı fəxarət hesab edənlərin sayı da sürətlə artır.

Qeyd etmək lazımdır ki, xeyriyyəçiliyi və mərhəməti həyat tərzi hesab edən fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti də bu gün yetişməkdə olan gənclərə örnəkdir. Fond tərəfindən həyata keçirilən və formalaşdırılan xeyriyyəçilik hərəkatı, məhz ölkəmizdə hər kəs üçün bir nümunədir. Bu mənada, YAP Nəsimi rayon təşkilatı insanlığa xidmət edən bu ənənəyə sadiq qalaraq, 21 avqust və 27 avqust tarixini rayon ərazisində "Mərhəmət və Xeyriyyəçilik həftəsi" elan etmişdir. Bu həftə ərzində, YAP Nəsimi rayon təşkilatının fəal üzvləri rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan aztəminatlı ailələrə baş çəkəcək, onların problemləri ilə tanış olacaq və bu problemlərin həll olunmasına dəstək verəcəklər.

Nəzakət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə