Masallının Birinci Səmidxanlı ərazisində səyyar görüş-qəbul keçirilib

Bu gün Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Birinci Səmidxanlı kəndində keçirilib. Səyyar görüş-qəbulda 100-ə yaxın kənd sakini iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib. SİA-nın məlumatına görə, ərazi sakinlərindən Hizami Həsənov, Şükür Məmmədov, Həzrətqulu Həsənov və başqaları uçaq bağçasının təmiri, içməli su, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, SİB kabelləşmə və s. ilə bağlı məsələləri gündəmə gətiriblər. Çıxış edənlər həmçinin sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq bildiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülüb.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...