Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir” MÖVQE

Baş redaktor: “Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlakı, eləcə də dəfn mərasimi siyasi predmet olmamalıdır”

"Heç kim yanğın, qəza və digər bu kimi fəlakətlərdən sığortalanmayıb. Lakin təəssüf ki, müxalifət nəinki bu kimi hadisələrdən, hətta son dövrlərdə şəhid ailələri, hərbi qulluqçuların ölümü və onların dəfn mərasimlərindən belə, siyasi məqsədlər naminə istifadə edir, baş verənlərdə iqtidarı günahlandırmaqla, monuplyativ çıxışlara yol verir, bundan mübarizə üsulu kimi yararlanır”. Bu barədə "Səs” qəzetinin və eyniadlı informasiya agentliyinin baş redaktoru Bəhruz Quliyev "Facebook” səhifəsində yazıb. O bildirib ki, 20 faiz torpaqları işğal altında olan Azərbaycanın sərhədində hər hansı bir hadisənin olması təbii prosesdir. Baş redaktorun fikrincə, belə məqamların üzərində oyun qurmaq cılızlıqla yanaşı, siyasi mübarizədə naşılıq, şəhidlərin ruhuna hörmətsizlikdir.

B.Quliyev deyib ki, şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlakı, eləcə də dəfn mərasimi siyasi predmet olmamalıdır: "Bu, yolverilməz, mənəvi dəyərlərə ziddir. Ona görə də pilotun yaxın qohumu, politoloq Qabil Hüseynli şəhid pilotun dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə etmək istəyənlərə yerində çağırış edib. Qabil Hüseynli həmin şəxslərin xislətini çox gözəl bilir. Ümumiyyətlə, hesab edirəm ki, dəfn mərasimini siyasiləşdirmək məqsədi ədəbsizlikdir. Vətən uğrunda həlak olanlara Allahdan rəhmət diləyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə