Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur ŞƏRH

Əli Əhmədov: “Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir”

Dünyada öz iqrisadi inkişafi, ictimai-siyasi sabitliyi ilə seçilən və tanınan Azərbaycanın əldə uğurlar, nailiyyətlər hər gün ötən günə nisbətən daha da artmaqdadır. Bunu nufuzlu maliyyə institutları da yaydıqları illik hesabatlarında qeyd edirlər. Amma diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsini bəzi yerli və xarici maraqlı qüvvələr həzm edə bilmirlər, qısqanclıqla yanaşırlar. Müxtəlif mərkəzlər bütün mümükün vasitə və üsullardan istifadə etməklə Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Görünən və aydın olan məsələ ondan ibarətdir ki, bu üzdəniraq mərkəzlərin üzvlərinin sıraları genişlənməkdədir. Xaticə üz tutan və AXCP-nin, Müsavatın saxta partiya vəsiqələri ilə mühacir statusu ilə çıxış edən “azərbaycanlı” buyruq qulları əməlləri və fəaliyyətləri ilə satqın və xəyanətkar olduqlarını, istənilən an Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxmaqla sübuta yetirirlər. Yəni, bu üzdəniraqlar maddi maraqları və yaşadıqları ölklərdə yaşamaq izni almaq üçün istənilən xəyanətə hazırdılar.

Müxalifət hələ də, yenilşmədən kənarda qalıb

Əli Əhmədov: “İş o yerə çatıb ki, "siyasi mühacir" statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir”

Bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Ancaq bütün bu nailiyyətləri hər şeydə qara axtaran və ermənipərəs mövqeləri ilə seçilən dağıdıcı müxalifət təmsilçiləri görmək istəmirlər. Söz yox ki, hüquqi , demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən və daim demokratik təsisatlarını təkmilləşdirən Azərbaycanda dəyişikliklərdən və yeniləşməkdən kənarda qalan belə rüsvayçı müxalifətin mövcudluğu biabırçılıqdır. 26 ildən çoxdur dəyişməyən müxalifət, təbii ki, indiki acıacaqlı vəziyyətə düşməlidir. Bu kimi faktaların fonunda dağıdıcı müxalifət hələ də, nəyəsə ümid edir və siyasətdə çabalarını davam etdirməklə növbəti seçkilərdə iştirak etmək zamanını gözləyirlər. Ancaq əbəs, müxalifət əvvəlki seçkilərdə olduğu kimi keçirlməsi gözlənilən növbəti seçkilərdə də, acınacaqlı məğlubiyyətə düçar olacağı şübhəsizdir. Çünki, xalqın müxalifətə olan mənfi münasibəti dəyişməyib və bndan sonar uzun illər bu mövqeyin dəyişməyəcəyi şübhəsizdir. Bu mənada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun özünün "Facebook" səhifəsində paylaşdığı status maraqlı və həm də, diqqətçəkəndir: "Seçki proseslərinə müdaxilə edilməsi yolu ilə dövlətlərin daxili işlərinə qarışmaq taktikası son dövrlərdə geniş istifadə edilməyə başlayıb. Bu barədə səs-küylü araşdırmalar, yəqin ki, müasir siyasi texnologiyaların istifadəsinin milli dövlətlərin suverenliyi üçün təhlükəli həddə çatmasından xəbər verir".

Əli Əhmədov qeyd edib ki, indi seçki prosesinə xarici müdaxilə təhlükəsindən ABŞ-da, Avropada, Rusiyada ciddi xəbərdarlıqlar edilir, necə deyərlər, həyacan təbili çalınır: “Müxalifəti dəstəkləmək, ona təlimlər keçməkdən tutmuş maliyyələşdirməyə qədər çox müxtəlif formalarda seçki prosesinə kobud şəkildə müdaxilə edilməsi halları uzun tarixə malikdir və təəssüflə qeyd olunmalıdır ki, biz dəfələrlə Azərbaycanda onun şahidi olmuşuq, etirazımızı bildirmişik. Müxalifətin keçirdiyi mitinqləri bir çox xarici ölkə səfirlərinin diqqətlə izləməsi, bu aksiyalar barədə əvvəlcədən müfəssəl məlumatlara malik olmaları, hətta digər ölkələrdən xüsusi missiyalı şəxslərin mitinq yerlərində peyda olması dəfələrlə rast gəldiyimiz hallardır. Bu az imiş kimi müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, "siyasi mühacir" statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Mətbuatda siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacir etməsi faktları dəfələrlə araşdırma predmeti olmuşdur. Mən bunu bəzi müxalifət partiyası rəhbərlərinin bu işdə də saxtakarlığını ifşa etmək məqsədilə demirəm, sadəcə prosesin nə qədər geniş və iyrənc formalar kəsb etdiyini diqqətə çatdırmaq istəyirəm".

Xəyanətkarlıq müxalifətin xislətindədir

Əli Əhmədov: “Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir”

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın dağıcıcı müxalifəti hər hansı müxtəlif xarakterli və rəngli aksiyalar keçiriləndə, onun təcrübəsindən yaralanmağa çalışır. Sanki, himə bəndlərmiş kimi, tədbirlər, yığıncaqlar keçirib, kütələvi aksiyaların keçirlməsinə qərar verirlər. Xüsusilə də, 2004-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukrayna və Qırğızıstanda yaşanan hadisələrdən sonra da AXCP, Müsavat və digər dağıdıcı xislətli partiyalar eyni hadisələrin Azərbaycanda təkrarlanacağını iddia edir, hətta narıncı rəngə bürünürdü. Lakin ən böyük hakim olan zaman Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənlini və Arif Hacılının yanlış iddiaya düşdüklərini nümayiş etdirdi, beləcə, aksiyalar nəticəsiz qalmaqla yanaşı, müxalifətin dağılmasına təkan olan başlıca amillərdən oldu. Ancaq görünən odur ki, dağıdıcı müxalif başbilənləri öz yarıtmaz və səhv siyasətlərindən əl çəkmirlər. Bu isə onların xarici maraqlı dairələr tərəfindən təlimatlandırıldıqlarını göstərir. Hətta dağıdıcı müxalifətin milli və dövlətçilik maraqlarına qarşı fəaliyyətlərinin gücləndirlməsi üçün qarayaxma kampaniyası apamağa köklənən xaricdəki azərbaycanlı mühacirlərdən və internet televiziyalardan istifadə edirlər. Yəni, xarici dairələr yerli və xarici müxalif təmsilçilərinin əlaqələrini koordinasyia edirlər. Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov haqlı olaraq bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir: “Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.

Əli Əhmədov Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib: “İnanıram ki, milli mənafeləri hər şeydən üstün tutan partiyalar siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verəcək, maraqlı xarici qüvvələr tərəfindən sirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək. Azərbaycan müstəqillik illərində möhtəşəm inkişaf yolu keçib, güclənib, qüdrətlənib, müasirləşib, dünyada parlaq gələcəyi olan ölkə kimi tanınıb. İnsanlar əmin-amanlıq şəraitində yaşayır, özünün, ailəsinin, övladlarının gələcəyindən nigaran deyil, ən başlıcası isə həyatından məmnundurlar. Hansısa şübhəli maraqlar naminə bu gözəl ölkənin firəvanlığına, gələcəyinə, insanlarına problem yaratmağa, ölkənin suverenliyini qurban verməyə hazır olanlar xalqın və onun fəal siyasi hissəsi olan milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə