Hirkan Milli Parkında yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, yanğının söndürülməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir.

Avqustun 20-də FHN-in 112 qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə FHN-in Aviasiya dəstəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...