Yanğının ətrafa yayılmasının qarşısı alınıb

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər.
Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

Bütün xəbərlər Facebook səhifəmizdə