Kürdəmirdə traktor yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Kürdəmir rayonunun Xəlsə kəndində “Беларусь” markalı traktorun qoşqusunun yanar konstruksiyaları və qoşquya yığılan 4 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə