“Gürcü və azərbaycanlı ekspertlər sərhəd komissiyasının növbəti iclası üçün material hazırlayacaqlar”

“Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya həm sənədləşmə, həm də razılaşdırılmamış sahələr üzrə iş aparır”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, artıq ekspertlər səviyyəsində görüş keçirilib: “Ekspertlər artıq işləyirlər və bu, növbəti bir neçə gün ərzində davam etdiriləcək. Mütəxəssislər komissiyanın növbəti iclası üçün material hazırlayacaqlar. Bu mərhələdə onlar müxtəlif sənədləşmə və sərhəd yaxınlığında müvafiq çöl işləri aparacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə