Əli Kərimli yenidən gündəmə gəlməyə çalışır

AXCP sədri öz "ənənəsini" bu gün də fərqli və yeni pozucu planlara uyğun davam etdirməkdədir

Mövcud faktlar və reallıqlar ondan ibarətdir ki, satqın və xəyanətkar fəaliyyətinə görə, Azərbaycan cəmiyyətində özünə nifrət imici formalaşdıran AXCP sədri Əli Kərimli hələ də dəyişməz ampluada çıxış etməkdədir. Demək olarki, qara simalı qara niyyətli bu ünsür soial şəbəkələrdə ölkəmiz və xalqımız haqqında qarayaxma kampaniyası aparır. Onunla eyni əqidədə olan xarici maraqlı dairələrin əlaltıları Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Sadıqlı, Qənimət Zahid və digərləri də, xor dərnəyinin cükküldəyən üzvləri kimi mütəmadi olaraq, öz iç dünyalarının çirkablarını sosial şəbəkələr vasitəsi ilə nümayiş etdirilər. Maraqlı və diqqətçəkən məqam, ondan ibarətdir ki, simasızlığı ilə ad çıxaran Ə.Kərimli üçün daimi dostlar və əqidə yoldaşları deyilən anlam yoxdur. Maraqları toqquşduğu "dost"larını hədəfə alıb, onu gözfən salmağa çalışır. "MBH"nin sədri Lalə Şövkət, bu baxımdan, Ə.Kərimlini başıbəlalı küçə adamı adlandırmışdı. Lalə Şövkət bildirib ki, Azərbaycan siyasətində Ə,Kərimli qədər mənəviyyatsız şəxs olmayıb və təbii ki, bundan sonra da olamayacaq: "Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun. Ə.Kərimlidən çox alçaq səviyyə gördüm". Düzdür, Lalə Şövkət Hacıyevanın Ə.Kərimli haqqında söylədiyi fikirlərdə qeyri-adlik yoxdur. Çünki cəmiyyət onun kimliyini çox yaxşı bilir. Ə.Kərimlin kimliyini və hansı maraqlı qüvvələrə işləməsini bir daha vurğulamzdan əvvəl, qeyd etmək lazımdır ki, 1995-ci il də Ə. Kərimli AXC-ni partiyaya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu. 1996-cı il - AXCP daxilindəki "Yurd" fraksiyası partiyanı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə və hərəkatçılara qarşı təzyiqlərə başladı. AXCP rəyasət heyəti, ardıcıl olaraq, bir çox insanı cəbhədən uzaqlaşdırdı. 1997-ci il - xaricdən aldığı maliyyə dəstəyi nəticəsində, Ə.Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, onu gözdən salmaq üçün kampaniyaya başladı və 2005-ci il Əli Kərimlinin Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı. 2008-ci ildə Qənimət Zahidi qurban verib, diqqəti özünə çəkən Ə. Kərimli xarici maraqlı dairələrdən pul almaq üçün planlar qurdu. Beləcə, bu simasız və satqın xislətli Ə. Kərimlinin qurduğu iyrənc oyunları yerinə yetirməyə çalışdı və müəyyən mərhələyə qədər niyyətini reallaşdıra bildi.

Xarici qüvvələrlə iş birliyi və Əli Kərimlinin gəlirlərinin artması

Xarici maraqlı dairələrin sədaqətli nökəri olmaq üçün Ə.Kərimli bütün mümkün vasitə və üsüllardan istifadə edirdi. Hətta onun satqınlıq yolu tutduğunu dərk edib, AXCP-dən uzaqlaşanları da, hədəfə alıb, onları şantaj etməkdən çəkinmirdi. Bu baxımdan, onu müxalifətin qarayarası da adlandırırlar. Müxalifətin "bayraqdar" kimi tanını Elman Türkoğlu isə, Ə.Kərimlini qatil adlandırıb. E.Türkoğlunun sözlərinə görə, AXCP sədri Ə.Kərimli Elçibəyi zəhərləyərək, öldürdükdən sonra "Yurd"u ələ keçirmək üçün "Yurd"un sədri Əlisafa bəyi və 39 milyon dollara görə, Con Elvisi öldürtdürüb: "Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyilmidin, milli azadlıq hərəkatının fədailərindən, mücahidlərindən biri olan, "Kommersant" qəzetinin baş redaktoru sənin satqınlığın və xəyanətkarlığın haqqında yazan İBİŞİ (İbrahimi) öldürən? Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyilmidin, 39 milyon dollara görə Con Elvisi öldürtdürən? İndi buradan başlamısan millətin adından danışmağa. Sənin millət haqqında danışmağa haqqın yoxdur. Axı niyə bu boyda ağ yalanlar üyüdürsən, hə?"

Ə.Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısaömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə, bir-birlərindən xarici pulverənlərə kompromat ötürmək uğrunda mübarizə aparırdılar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Bunu uzun müddət Ə. Kərimli ilə bir cəbhədə təmsil olunanlar da bəyan ediblər. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna və yoldaşlığına qarşı da xəyanət yolu tutub.

Keçmişinə və bu gününə xəyanət edən Əli Kərimli

Ə.Kərimli cəmiyyətdə öz lideri Əbülfəz Elçibəyə xəyanət edən, onu zamanında gözdən salmaq üçün hər cür iyrənc vasitələrdən istifadə edən ünsür kimi də tanınır. Bununla bağlı KAXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Ə.Kərimli və onun qruplaşmasının üzvü olanlar 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər: "Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxalifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması və qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə və qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəy, Elçibəyə xəyanət". BQP başqanı, millət vəkili Fazil Mustafa isə, AXCP-nin dəfələrlə bir neçə yerə parçalanmasının başlıca səbəbi kimi, Ə. Kərimlinin xəyanətkar əməlləri ilə əlaqələndirib: "Ə.Kərimlinin "satılmaması" barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Ə.Kərimli hakimiyyətlə hansı danışıqlara gedib". F.Mustafanın sözlərinə görə, Ə.Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də, Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər: "Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını Ə.Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də, Xalq Cəbhəsi dağılmağa məhkum oldu".

F.Mustafa mövcud faktlara istinadən bildirib ki, Azərbaycanda satqın dedikdə, birinci olaraq, Ə.Kərimli yada düşür: "Onu da, qeyd edim ki, bu gün Ə.Kərimlinin "satılmamasını" iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə, ilk olaraq, təsəvvürlərdə, məhz Əli Kərimlinin obrazı canlanır".

Bir sözlə, xəyanət və satqın mövqeyi ilə seçilən və cəmiyyətdə tanınan Ə. Kərimli öz "ənənəsini" bu gün də fərqli və yeni pozucu planlara uyğun davam etdirməkdədir. Bu isə, onun umacının bəd əməllərdən yoğrulduğunu bir daha təsdiq etmiş olur.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə