Masallının Qarğalıq ərazisində səyyar görüş-qəbul keçirilib

Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Qarğalıq ərazisinin Eminli kəndində keçirilib. SİA-nın verdiyi məlumata görə, səyyar görüş-qəbulda 100-ə yaxın kənd sakini iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.

Ərazi sakinlərindən Vəzir Allahverdiyev, Zəfər Əhmədov, Adəm Əhmədov, Yolçu Ağayev, Akif Nəsirov, Məmmədhüseyn Əzizov, Sübhan Məmmədov və başqaları içməli su, kənd məktəbinin təmiri, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, SİB kabelləşmə və s. ilə bağlı məsələləri gündəmə gətiri lər. Çıxış edənlər həmçinin sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq bildiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülüb.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə