Masallıda abadlıq işləri və sosial infrastruktur yenilənir

I yarımilin yekunları müzakirə olunub

Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş şura iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, şura iclasında hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq geniş məruzə ilə çıxış edib. Məruzəçi ilk olaraq qeyd edib ki, 2019-cu ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib: "Fərəhlidir ki, rayonumuzda da 2019-cu ilin) birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti, abadlıq-quruculuq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırığı ilə işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədi ilə cari ilin I yarımilində “DOST” İş Mərkəzində 685, “Azəriqaz”da 119, “Azərişıq”da 60, Masallı rayon Meşə Mühafizəsi İdarəsində 18, həmçinin “Azərsun”ASC və “Fəxrəddin–K” MMC-də yeni iş yerləri açılmışdır.
2019-cu ilin birinci yarısında Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 3104 nəfər müraciət etmişdir ki, onların 1002-si qadınlardır. Qeydiyyata alınanlardan 967 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 327 nəfərini qadınlar təşkil edir.
Artıq 2019-cu ilin yazlıq əkinlərinə başlanılmış, 844,5 hektar kartof, 105 hektar paxla, 305 hektar noxud, 70 hektar mərci, 66,5 hektar lərgə, 70,2 hektar lobya, 141,6 hektar sarımsaq, 98,1 hektar yonca, 126 hektar soğan, 1843,8 hektar tərəvəz və 379,7 hektar bostan bitkiləri əkilmişdir.
Natiq demişdir: ənənəvi kənd təsərüfatı sahələrinin inkişaf etdirilməsi rayonumuzda ön plana keçrilmişdir. Belə ki, rayon ərazisində 35 hektar sahədə tütün, 217,6 hektar sahədə çəltik əkilmişdir. Artıq tütün sahələrindən məhsul yığımına başlanılmış və hazırda rayon üzrə 214 ton yaş tütün yarpağı toplanılmış və 5 ton quru tütün yarpağı təhvil verilmişdir.
Baramaçılığın intensiv inkişafına nail olmaq məqsıdi ilə ərazi vahidlərində tut bağlarının aqrotexniki tələblərə uyğun budanmasını həyata keçrilməsindən ötrü Qarğalıq, Viləş, Təzə Alvadı, Banbaşı, Çaxırlı və s. ərazi nümayəndəliklərinə tövsiyələr verilmişdir. 2018-ci ildə rayonumuza 78 qutu tut ipəkqurdu gətirilərək 33 təsərrüfata paylanmış 78 qutu tut ipəkqurdundan 3406,9 kq yaş barama alınaraq “Azər-İpək” ASC-nə təhvil verilmişdir. İcra başçısı qeyd etdi ki, hazırda çayçılığın inkişaf erdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi”nin AMAL layihəsinin çərçivəsində rayonun Ərkivan, Hişkədərə, Kolatan, Miyankü,Tüklə, Sığdaş ərazilərində yeni çay plantasiyaları salınması məqsədi ilə 76 nəfər gəncin bu işə cəlb edilməsinə başlanılmışdır.
Masallı rayonu üzrə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyanı almaq üçün ümümilikdə rayon üzrə 484 nəfər arıçı tərəfindən 8198 arı ailəsinə görə subsidiyanın verilməsi üçün müvafiq sənədləri Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə təqdim edilmişdir. Rayon Komissiyasına təqdim olunmuş materiallara baxılmış, arıçıların saxladıqları arı ailələrinə (pətəklərinə) DAİM-in və rayon baytarlıq idarəsinin əməkdaşları, rayon icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin təmsilçilərinin iştirakı ilə baxış keçirilmiş və onların identikləşdirilməsi təmin edilmişdir".

Rafil Hüseynov əlavə edib ki, identikləşdirmə zamanı rayon üzrə 483 nəfər arıçıya ümumilikdə saxladıqları 7821 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üçün qərar qəbul olunub: "Yaxın vaxtlarda 78210 manat vəsaitin arıçıların bank hesablarına köçürülməsi gözlənilir.
2019-cu ilin birinci yarısı ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 6 ay ərzində 6600 kiloqram kartof, 3320 kiloqram soğan, 8700 kiloqram düyü, 3800 kiloqram mandarin, 5790 kiloqram noxud, 360 kiloqram bibər, 1500 kiloqram mərci, 900 kiloqram xiyar, 5600 kiloqram pomidor, 2580 kiloqram alma, 1600 kiloqram portağal, 250 kiloqram gilas, 210 kiloqram çiyələk, 300 kiloqram armud, 510 kiloqram limon, 300 kiloqram bal, 5600 dəstə göyərti, 1005 litr süd, 860 banka qatıq, 10440 ədəd yumurta göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində hazırda 26 min 615 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 121 nəfərə əmək pensiyası təyin olunmuşdur.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2019-cu il tarixli Sərəncamı ilə otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisinin asfalt-beton işləri başa çatdırılmışdır.
2019-cu ilin birinci yarısı ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır. Belə ki, 110/35/10 kv-luq Tüklə, Masallı yarımstansiyalarında ümumilikdə 2087 ədəd 0,4 kv-luq dayaqlar basıdırlmış, 59587 metr SİP kabel çəkilmiş, 1593 ədəd Smart tipli sayğaclar quraşdırlmışdır. Abonentlərin fərdi yaşayış evlərində olan köhnə sayğaclar çölə çıxarılıb yeni sayğaclarla əvəz olunmuşdur. Həmçinin 35/10 kv-luq Alvadı yarımstansiyasında tam yenidənqurma işləri aparılmış və yarımstansiyanın gücü 2,5 dəfə artırılmışdır. Alvadı yarımstansiyasında ümumilikdə 319 ədəd 10 kv-luq dayaq basdırılmış, 61341 metr SİP kabel çəkilmiş, 1725 ədəd müasir tipli elektrik sayğacı quraşdırılmışdır. Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, əhalinin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə 2019-cu ilin I yarım ili ərzində bir sıra işlər görülmüşdür. Belə ki, rayonun Ərkivan qəsəbə, Türkoba və Təzə Alvadı kəndləri ərazisində 65 ədəd qaz sayğacları küçəyə çıxarılmış, həmçinin payız-qış mövsümündə qaz təchizatında yaranan problemlərin aradan qaldırılmasından ötrü müvafiq tədbirlər həyata keçirilmişdir".

Masallı RİH başçısı qeyd edib ki, rayon üzrə qaz alan əhali abonentlərin sayı 40615, sənaye abonentlərinin sayı 299-dur. Hazırda rayon əhalisinin 96 faizi qazla təmin edilib: "Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət almış və 55 məktəb binası yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Lakin buna baxmayaraq bu sahədə görüləsi işlərin miqyası daha böyükdür. Belə ki, 27 məktəbin tikintisinə, 15 məktəbin isə əsaslı təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd və Masallı şəhər 1 saylı uşaq bağçaları qəzalı vəziyyətdədir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Rüb ərzində Lürən həkim məntəqəsi tikilərək istifadəyə verilmişdir.
2019-ci ilin ilk altı ayında rayonda 1021 nəfər uşaq doğulmuş, uşaq ölümü 2,1 promil (2 nəfər), evdə doğuş 0,4 promil (2 nəfər) olmuşdur.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 6003 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2019-cu il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və 12 may 2019-cu il tarixə kimi 139518 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 4524 nəfər ambulator, 151 nəfər stasionar müalicəyə cəlb edilmişdir. 150 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Altı ay ərzində 21970 uşaq müayinə edilmişdir ki, bunlardan 680 uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır.
Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi ikinci rüb ərzində mütəmadi olaraq yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır".

Natiq deyib: "Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. 2019-cu ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Viləş Park Bulvar kompleksinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli 491 nömrəli Sərəncamına uğun olaraq Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda zəruri təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m3-ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuşdur və bu istiqamətdə layihələndirmə işlərinə başlanılmışdır.
2019-cu ildə Xalça fabrikinin tikilməsi və regional yun tədarük məntəqəsinin yaradılması, eyni zamanda şəhər ərazisində 22 yerlik Uşaq-bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
Masallı rayonunda 2019-cu ildə qazlaşmanın 100 faizə çatdırılması və elektrik xətt təsərrüfatının sürətlə yenilənməsi qarşımızda duran vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik".

Məruzə ərtafında Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Qızılağac kəndindən fermer Elmar Həsənov, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyev çıxış etmiş, görülən işlərin hesabatını veriblər.

Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul olunub.

Daha sonra Masallı RİH başçısı R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Adəm İmanverdi oğlu Məhərrəmova , “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarını isə Əntiqə Rəhim qızı Tağıyevaya, Cəlil Oruc oğlu Nəzərova, Məşhur Şahbaz oğlu Məmmədova və Fəxrəddin Əlisa oğlu Baxışova təqdim edib.

Çıxış edən dövlət qulluqçusu A.Məhərrəmov onun əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayonun rəhbərinə minnətdarlığını bildirib. Şura iclasını Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırıb.

Əlihüseyn Şükürov,

"Yeni həyat" qəzetinin Baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə