Muxtar Babayev vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən avqustun 30-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran və Astara rayonlarının sakinlərini qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elə həmin gün nazir müavinləri Firdovsi Əliyev Lerik, Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların qəbulu saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri Ş.Axundov küçəsi), Lerik Şəhər Mədəniyyət Evində (ünvan: Lerik şəhəri Arzuman Əsədullayev küçəsi 22), Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Masallı şəhəri, Həzi Aslanov küçəsi 4) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 012-585-50-73) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə