Şəmkirdə yaralananların biri də ölüb

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritik vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, əri tərəfindən yandırılan və bədəninin 70 faizi (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq bu gün səhər saat 6:20 aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bədəninin 55 faizi (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalır. Həkimlərin bildirdiyimə görə, onun həyatı təhlükə altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə