Türkiyədə daha 23 FETÖ-çu saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanları Adana şəhərində PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib. SİA xəbər verir ki, Adana prokurorluğunun Daxili İşlər İdarəsi ilə Terrorçuluğa və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat nəticəsində FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 23 nəfər saxlanılıb.

Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər. Onların evlərində axtarış apararkən təşkilata aid bir sıra sənədlər və video materiallar ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə