“ASAN Yay Festivalı” Gəncədə

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti “ASAN Yay Festivalı” keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, Gəncə regional “ASAN xidmət” mərkəzində keçirilən festivala həm yerli, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tamaşaçı qismində qoşulublar.

Konsertdə Əməkdar artist Abbas Bağırov geniş proqramla çıxış edib. Sonra DJ Spider səhnəyə çıxıb. Konsertdən hazırlanan xüsusi proqram yaxın günlərdə “ASAN” Radioda təqdim ediləcək.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qoşulublar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

“ASAN Yay Festivalı” daha əvvəl Masallı və Mingəçevir “ASAN Həyat” komplekslərində keçirilib. Növbəti görüş yeri Sabirabad olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə