Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək

Qusar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək. Fonddan SİA-ya verilən məlumata görə, “Yay məktəbi” avqustun 19-da açılacaq, 23-dək davam edəcək. “Yay məktəbi”nin əsas məqsədi milli-mənəvi dəyərlərimizin inkişafında, maddi mədəni irsimizin qorunmasında, eləcə də tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin rolunu artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə