Lənkəranın Hirkan qəsəbəsində səyyar qəbul-görüş

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq üçün təsdiq olunmuş qrafikə əsasən yerlərdə sakinlərlə səyyar qəbul-görüşlərini davam etdirir. SİA-nın məlumatına görə, İcra başçısı növbəti səyyar qəbul-görüşünü rayonunun Hirkan qəsəbəsində keçirib.

Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin rəhbər işçilərinin iştirakı ilə keçirilən görüşdə sakinlərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərə yerindəcə baxılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdırilib.

Çıxış edən sakinlər müraciətlərinə baxılmasına diqqətin artırılmasına, onları narahat edən problemlərin həlli ilə bağlı dövlət səviyyəsində tədbirlərin görülməsinə görə razılıqlarını bildiriblər.

Qeyd olunub ki, sakinlərin xahişinə əsasən qəsəbədə yeni müasir məktəb binasının tikilib istifadəyə verilməsi təlim-tərbiyə sahəsində uğurlar üçün geniş imkanlar yaradıb, nəticədə ali məktəblərə daxil olanların sayı ilbəil artıb, cari təhsil ilində isə onların sayı 13 nəfərə çatıb və rayon üzrə yeganə qızıl medalı bu məktəbin şagirdi alıb.

Eyni zamanda ərazidən keçən Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi, Hirkan-Daşdatük-Biləsər, Hirkan-Mamusta-Siyavər kəndlərarası magistral yollarının əsaslı təmiri və asfaltlanması, piyadalar üçün səkilərin qurulması, əhalinin fasiləsiz elektik enerjisi, təbii qazla təchizatı, sosial müdafiənin gücləndirilməsi ilə bağlı ardıcıl olaraq fərman və sərəncamların imzalanması ölkə Prezidentinin əhaliyə göstərdiyi davamlı diqqəti və qayğısı kimi dəyərləndirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə