Umayra Tağıyeva: "Hava proqnozunun verilməsi çətinləşib" - MÖVQE

"Hava proqnozunun verilməsi çətinləşib".​ SİA-nın verdiyi məlumata görə, bunu jurnalıstlərə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Departamentin direktoru bildirib ki, iqlim və hava şəraiti daim insanı həyatı boyu müşayyət edərək, onun üçün mühüm olub:​ "Biz hava şəraitindən tam asılı olan iptidai insanlardan danışmırıq. Hazırda bəşəriyyətin, elm və texnikanın sürətli inkişafına baxmayaraq, həyatımız hələ də müəyyən dərəcədə hava şəraitinin və iqlim dəyişmələrinin təsirlərindən asılıdır. Bu barədə çox və ətraflı danışmaq olar, lakın biz sinoptiklərin öhtəsinə düşən hava şəraitinin proqnozlaşdırılması ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirik. Belə ki, özümün sinoptika sahəsində ​təcrübəmə (1990-cı ildən 30 ilə yaxın) deyə bilərəm ki, hava şəraitini proqnozlaşdırmaq daha ​çətin olub. ​Bəs niyə belə olub? Axı bütün dünyada, o cümlədən bizdə də ildən ilə texniki imkanlar yaxşılaşır, müasir avadanlıqlar tətbiq olunur, bu sahədə elm irəli gedir. Onda nə üçün hava proqnozunu vermək daha mürəkkəb olub?

Əlbəttə ki, müxtəlif fikirlər, fərziyələr var, səmimi desəm, mən bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Əgər əvvəllər ilin ​fəsilləri və onlara səciyyəvi ​hava şəraiti daha aydın özünü biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, əgər belə demək olarsa “sürüşür”, meteoroloji anomaliyalar daha gabarıq və daha tez-tez özünü göstərir.​ ​Məsələn, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan A.Mədətzadə və Ə.Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən əsas sinoptik proseslər təhlil edilmişdir.​ Əgər 90-cı illərdə, öz iş təcrübəmdə, bu prosesləri izləyərək, onların başlanmasını, inkişafını və dinamikası bu təsfirlərə uyğun baş verirdiyinin ​şahidi olduğum halda, bu gün həmin klassik proseslərı getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz anı dəyişikliklər qeyd edirik ki, bunları hətta bir gün əvvəl ​ proqnozlaşdırmaq mümkün olmur, rəgəmli modellər bu prosesləri ​“tutmur”. Əlbəttə ki, əvvəllər də anomal istilər və soyuqlar olub. Bəs onda nə dəyişib?​ Bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar".

U.Tağıyeva bildirib ki, bu məsələrin müzakirəsi heyli vaxt aparır, yagin ki, dövrü olaraq, sizi maraqlandıran sualları cavablandırmağa çalışacağıq. Lakin bu gün mən hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdığımız bəzi problemlərə toxunmaq istəyirəm: "Bu, ilk növbədə, güclü külək, leysan yaşışlar, anomal isti və soyuqlara aiddir. Elə bu zaman bəzi nüanslar yaranır. Deyə bilərsiniz ki, "nə problem var, proqnozunuzu verin, vəssalam!”. Hər kəs buna uyğun özü üçün nəticə çıxarar. Belə olmağına belədir, amma... həm də belə deyil. Beynəlxalq təcrübədə qəbul olunmuş termin və formatlara uyğun xəbərdarlıqlar olunuq. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki, həm panika yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar və onların xasiyyətləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək, dərhal mağazalara üz tutaraq, uzunmüddətli blokadaya hazıllaşmış kimi davranırlar. Elə bu səbəbdən də, biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyyatla yanaşmağa məcburuq. Biz çox gözəl başa düşürük ki, bizim vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı (neftçilər, dənizçilər, və s.) asılıdır".

Direktor qeyd edib ki, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlarımız bütün müvafiq ​struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq öz işlərini tənzimləyirlər: "Son zamanlar, Bakı şəhəri meriyası işimizə böyük dəstək göstərərək, bizim xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Onlara öz təşəkkürümüzü bildiririk. Digər bir çox dövlət qurumları ilə də qarşılıqlı sıx əlagələrimiz vardır. Lakin, bununla yanaşı öz səhlənkarlığını və laqeyidliklərinin məsuliyyətini sinoptiklərin ünvanına atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq. Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur, bu da öz növbəsində işimizin keyfiyyətinin yüksəlməsinə yönəlir. Bu ili sonunadək, dövlət investiaiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən verilən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq".
U.Tağıyeva Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyətindən də danışıb: "Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə ​bizi tez-tez sınağa çəktiyi zaman.​ Yalnız sahələrarası düzgün əlagələndirilmiş iş sayəsində, ola biləcək insan itkisinin qarşısını almaq​ mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yübileyini qeyd edəcək Neft Daşları stansiyasının​ avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər ​idarə etməlidir. Bu mütəxəssilərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlıdır və inasanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik".

Bütün xəbərlər Facebook səhifəmizdə