Azərbaycan və Gürcüstan QHT-ləri bir arada

“Ümumqafqaz Evi” qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatının təsisçiləri - istefada olan polis general-mayoru Kamil Məmmədov və AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynov Tbilisidə səfərdədirlər. SİA xəbər verir ki, səfərin məqsədi Azərbaycan və Gürcüstanın QHT-ləri arasında əməkdaşlığı gücləndirmək, qonşu ölkə siyasətçilərinin Cənubi Qafqazdakı proseslərə münasibətini öyrənmək və birgə fikir mübadiləsi aparmaqdır.

K.Məmmədov və R.Hüseynov avqustun 15-də Tbilisidəki “Vere Palas” oteldə birgə mətbuat konfransı keçirəcək, Cənubi Qafqazdakı mili münaqişələr və onların həlli yollarına, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə və təxribat xarakterli bəyanatlarına münasibət bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...