Latviya Azərbaycana yeni səfir təyin edib

Latviyanın Azərbaycanda yeni səfiri təyin olunub.

SİA-nın məlumatına görə, Dainis Garançs Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu gün Riqa sarayında keçirilən xüsusi mərasimdə ölkə prezidenti Egils Levits etibarnaməni D. Garançsa təqdim edib.

D. Garançs bundan əvvəl Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveç səfirliklərində çalışıb.

İngilis, rus, polyak və fransız dillərini bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...