Çimərliyə gedənlər üçün hava PROQNOZU

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Yarımadada 28-31° isti, Bakıda 29-31° isti təşkil edəcək. Abşeron çimərliklərində də şimal-şərq küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. Əksər rayonlarda əasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu aranda 32-37° isti, dağlarda 22-26° isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...