Paytaxtda küçə ticarətinə və antisanitariyaya qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirləri diqqət mərkəzində saxlayır. İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev SİA-ya bildirib ki, paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Metro stansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət polis tərəfindən aradan qaldırılıb.

"Diqqətə çatdırırıq ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən mənfi sosial hallara qarşı mübarizədə fəallıq göstərməlidir", - deyə E.Hacıyev vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...