“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Göyçayda FOTOLAR

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 iyul 2019-cu il tarixdə Göyçay rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili Sabir Hacıyev, Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...