İnam Kərimov Gədəbəydə vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov iyulun 26-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev həmin gün Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya verilən məlumata görə, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30), Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-344-93-86) və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-265-88-78) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə