FHN: Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edilib

İyulun 20-də dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bildiriblər ki, xilasetmə əməliyyatları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna, Hövsan, Qızılqum və Mərdəkan sularında xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazilərində aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə