Bu il həcc ziyarətində olacaq zəvvarlara sim-kart hədiyyə ediləcək

Bu ilin həcc mövsümündə Səudiyyə Ərəbistanı hökuməti bütün dünyadan ziyarətə gələn zəvvarlara sim-kart hədiyyə edəcək. SİA xəbər verir ki, bu barədə Məkkənin qubernatorunun “Twitter” səhifəsində məlumat yerləşdirilib. Qeyd olunur ki, həcc ziyarətinə gələn qonaqlar telefonla pulsuz əlaqə saxlamaq və internetdən istifadə etmək imkanı qazanacaqlar.

Sosial şəbəkələr istifadəçiləri bu təşəbbüsü böyük maraqla və çoxlu sayda müsbət rəylərlə qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...