Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib DSX

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha-48” tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb. Saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkarlanıb. Heyət üzvləri saat 12:35 radələrində xilas edilərək sahilə çıxarılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə